hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazirlikdən vətəndaşlara müraciət: “Yalnız...”

Nazirlikdən vətəndaşlara müraciət: “Yalnız...”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara müraciət edib.

Cebhe.info xəbər verir ki, qurum müraciətində bildirib ki, hələlik ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları müəyyənləşməyib:

"Hərbi vəziyyətin elan edilməsinə dair" Azərbaycan Rspublikasının Prezidentinin Fərmanının 3.2.-ci bəndində nəqliyyatın məhdudlaşdırılmasına dair tədbirlərin görülməsinə dair tapşırığa uyğun olaraq, xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son xəbərləri operativ şəkildə ictimaiyyətlə bölüşəcəyik. Vətəndaşlardan xahiş edirik ki, məlumatları ancaq rəsmi istinad mənbələrindən əldə etsinlər”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 1530

Bizim Telegram səhifəmizi izləyin