hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazirlikdən xəbərdarlıq: “Koronavirusla bağlı xəbərlərə baxmayın”

Nazirlikdən xəbərdarlıq: “Koronavirusla bağlı xəbərlərə baxmayın”

Rusiya Fövqəladə Hallar Nazirliyindən maraqlı açıqlama gəlib.

Cebhe.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin direktoru Yuliya Soyqu bildirib ki, departamentin psixoloqları koronavirusla bağlı xəbərlərin izlənilməməsini tövsiyə edirlər.

Pandemiya zamanı artan narahatlıqlarla bağlı psixoloqlara müraciətlərin çoxaldığını qeyd edən mərkəz rəhbəri neqativ fikirlərə köklənməməyi məsləhət bilib:

“Bu vəziyyətdə əsas vəzifə pis dairəni qırmaqdır. Özünüz üçün vaxt və məlumat aldığınız müəyyən sayda mənbə seçin. Başa düşün ki, əsas məqsəd xəbərləri tapmaqdır, ətrafdakı bütün fikirləri fərqli insanlardan toplamaq lazım deyil. Mümkün qədər koronavirusla bağlı xəbərləri izləməyi məhdudlaşdırın".

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1563