hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb.

Nazirlikdən Cebhe.info-ya verilən məlumata əsasən, daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 2960