hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Nazirliyin nümayəndələri 7-ci baltik aqro forumunda

Nazirliyin nümayəndələri 7-ci baltik aqro forumunda

Estoniyanın Tartu şəhərində bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Sosial Elmlər Universitetinin təşkilatçılığı ilə 7-ci Baltik Agroforumu keçirilib.

Cebhe.info xəbər verir ki, 15-ə yaxın ölkənin müvafiq dövlət qurumları, kənd təsərrüfatı məhsulları istehsalçıları, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrinin iştirak etdiyi Forumda ölkəmizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin şöbə müdiri Röyal Şirinov təmsil edib. 

Aqroforumun bu ilki əsas mövzusu ərzaq təhlükəsizliyi, aqro ekologiya və orqanik məhsul istehsalının inkişaf etdirilməsi istiqamətində müxtəlif təcrübələrin araşdırılması olub. Bu mövzunun Davamlı İnkişaf Məqsədlərinə də uyğun olması və bu sahədə müxtəlif ölkələrin təcrübələrinin nəzərə alınması, orqanik məhsul istehsalının elmi və iqtisadi əhəmiyyətinin düzgün araşdırılmasının əhəmiyyəti barədə Forumda müxtəlif təqdimatlar edilib. Forum iştirakçıları aqro ekoloji prinsiplərin tətbiq edilməsi, orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində elmi tədqiqat işlərinin dərinləşdirilməsi, fermerlərin maarifləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsi, ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində əsaslı siyasətin formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Aqroforumda ailə təsərrüfatlarının inkişaf etdirilməsi və onların təbii resurslarının istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinin və bilik mübadiləsinin təşkil edilməsi, bu sahədə tədqiqatların aparılmasının gücləndirilməsi və onun nəticələrinin təsərrüfatlarda sürətlə tətbiqinin stimullaşdırılması, orqanik məhsulların istehsalı və onların satışının təşviqi yollarının axtarıb tapılması və s. mövzularda müzakirələr aparılıb. 

Daha sonra Forum iştirakçıları təşkil edilən Kənd təsərrüfatı sərgisinə də baş çəkiblər.

Cebhe.info


Oxunma sayı: 876