hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

"Qəbul imtahanlarında test üsulunun tətbiqi ideyası Elçibəyə məxsusdur" - Pənah Hüseyndən sabiq təhsil nazirinə CAVAB

"Qəbul imtahanlarında test üsulunun tətbiqi ideyası Elçibəyə məxsusdur" - Pənah Hüseyndən sabiq təhsil nazirinə CAVAB

Keçmiş təhsil naziri Firudin Cəlilov mətbuata müsahibəsində səsləndirdiyi bir sıra iddialar narazılıqla qarşılanıb.

Sabiq nazir ali məktəblərdə qəbul imtahanlarına test üsulunun tətbiqi ideyasının ona məxsus olduğunu bildirib. 

“Təəccübləndim, məyus oldum və qəzəbləndim…”

Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseyn özünün facebook hesabında Fürudin Cəlilova cavab verib. P.Hüseyn sabiq nazirin fikirlərinə qəzəbləndiyini bildirib:

“Proffessor Firudin Cəlilovun aşağıda verdiyi müsahibəsi barədə bayaqdan dalbadal zənglər gəlir. Tapdım. Oxudum. Təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?

...Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?

...Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və təhsil nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan, TQDK-nın yaradılması ideyası da, icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi. Firudin  Cəlilovun guya bu məsələ ətrafında Prezidentlə dava etməsi, məni Firudin Cəlilovu aidi məsələlərə razı salmaq üçün onun yanına göndərməsi isə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”.

“Əlifba islahatından sonra Elçibəy onu silmişdi”

Sabiq baş nazir F.Cəliovun bir çox məsələni doğru danışmadığını deyib: “Firudin müəlim ümumiyyətlə prezidentin qəbulunda məncə heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və səninlə işləyəcək. Bunu ki hamı bilir! Mənim Firudin müəllimin yanına gedib gəlməyimə gəldikdə isə açığı mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki, buna ehtiyac olmayıb.

Firudin Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı. Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb. Əslində bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi.

Müəyyən narazılıqları vardı... Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəlimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman -zaman demişəm ki,bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.

Cebhe.info


Oxunma sayı: 6832