hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Nə Saakaşvili, nə İvanişvili: Zaman ONUN zamanıdır

Nə Saakaşvili, nə İvanişvili: Zaman ONUN zamanıdır

“Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili baş verən etirazların fonunda müxalifətin tərəfinə keçdiyini bildirib.

Etirazçı kütlənin qarşısına çıxan keçmiş prezidentin çıxışını insanlar alqış sədaları ilə qarşılayıb. Bu, olduqca maraqlı hadisədir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, bu günə qədər gürcü müxalifətinin içində lider gözündə Marqvelaşvilinin sələfi Mixail Saakaşvili görünüb:

“Ancaq onun Ukraynada olması və savaşa meyilli olan xarekteri əhalini onu tam dəstək göstərməsində problemlər yaradırdı. Əslində Bdzina İvanaşvili hər zaman onu elə bu məsələ ilə “vurur”. Aydın məsələdir ki, Saakaşvili yenidən hakimiyyətə gəlsə, Rusiya ilə müharibə ehtimalı güclənəcək. Olacaq növbəti toqquşma isə sadə insanlarda vahiməyə səbəb olur. Çünki 2008-ci ildəki savaş hələ də onların xatirindədir. İnsanlar nə özləri, nə də ordularının rus əsgərləri ilə qarşı-qarşıya gəlməsini arzu edir. 2018-ci ildə baş tutan seçkilərdə Qriqol Vaşadzenin Salome Zurabaşvilinin qarşısında məğlub olmasının bəlkə də bir nömrəli səbəblərindən biri də insanların arasında məqsədli şəkildə yayılan "Saakaşvili gəlsə, yenidən müharibə olacaq" şaiyəsi idi. Bu məsələdən İvanişvili böyük məharətlə istifadə etmişdi. Eyni zamanda imkanlı əhali içərisində də "Saakaşvili gələrsə yenidən sizin əmlakınızın müsadirəsinə başlayacaq" kimi xəbərlər yayıldı. Nəticədə ölkədə anti-Saakaşvili əhval-ruhiyyəsi gücləndirdi. Ancaq insanlarda indiki iqtidara qarşı da bir elə böyük simpatiya yoxdur”.

Politoloq vurğulayıb ki, "Gürcü Arzusu" açıq şəkildə Saakaşvili dövründə olan demokratiyanı qoruya bilməməkdə ittiham edilir:

“Meydana çıxan digər siyasətçilərin isə elə də bir böyük nüfuzu yoxdur. Xalq sanki onlara etimad edə bilmir. Bu zaman isə meydana öz sadə həyat tərzi ilə hətta sələfi Saakaşvilini belə geridə qoyan, İvanişvilinin ram edə bilmədiyi, Qərbə yaxın olmaqla bərabər Rusiya ilə də ehtiyyatlı siyasətin tərafdarı olan Georgi Marqvelaşvili çıxır. Gürcü xalqı onu sadə, gözütox, ikinci dəfə namizəd olmaqdan belə imtina edəcək qədər yüksək siyasi mədəniyyət sahibi olan bir lider kimi tanıyır. Vəzifədən getdikdən sonra mətbuatın gündəminə ancaq sadə hərəkətləri ilə gələn eks-prezident üçün həm qazandığı müsbət imicdən, həm də mövcüd siyasi vəziyyətdən ustalıqla istifadə etmək vaxtıdır. Zaman onun zamanıdır. Marqvelaşvili müxalifətin liderliyini öz üzərinə götürə və uğur qazana bilər. Vəziyyətdən yaxşı istifadə etməyi bacarsa onun şansı həm İvanaişvilidən, həm də Saakaşvilidən çoxdur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4401