hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Nə üçün xaricdəki azərbaycanlılar arasında birlik yoxdur? – SƏBƏBLƏR

Nə üçün xaricdəki azərbaycanlılar arasında birlik yoxdur? – SƏBƏBLƏR

“Təəssüf ki, bizim milli birliyimizi əngəlləyən və ona maneə yaradan qüvvələr çoxdur”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk deyib. 

O bildirib ki, güclü Azərbaycanın mövcudluğu hansısa qüvvələri narahat edirsə, eynilə xaricdə də soydaşlarımız arasında həmrəyliyin, birgə fəaliyyətin göstərilməsini istəməyənlər var:

“Onlar müxtəlif yollarla soydaşlarımız arasına nifaq toxumu səpirlər. Sonra həmin toxum cücərməyə başlayır. Nəticədə qeyd edilən problemlər yaranır. İnsanlarımız ayıq-sayıq olmalı, yaxşı və pisi ayırmağı bacarmalıdırlar. Burada ziyalılarımızın üzərinə böyük məsuliyyət düşür. Onlar birlik və həmrəylik istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər. 

Digər tərəfdən birliyin olmamasını tarixi səbəblərlə də axtarmaq olar. XVIII əsrin ikinci yarısında yaranan Azərbaycan xanlıqları arasında birliyin mövcud olmaması, Çar impersiyasının ölkəmizi işğalını tezləşdirən səbəblərdən biri oldu. Xanlıqlar arasında müharibələr insanlarımızın psixologiyasına da təsir göstərdi. Ondan sonra imperiyanın işğalçılıq siyasəti xalqımızın milli düşüncəsində də öz mənfi izini qoydu.

Ziyalılarımız, milli düşüncəli insanlarımız, vətənpərvər intellektual kəsm birliyimizin güclənməsi mövqeyindən çıxış etməlidirlər”.

Qeyd edək ki, mövzu ilə bağlı olaraq bir neçə gün əvvəl Türkiyədə yaşayan azərbaycanlı biznesmen Mübariz Mənsimov da sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“Mən özüm  tez-tez xarici səfərlərdə oluram və görürəm ki, insanlar, iş adamları necə bir-birinin tərəfini tutur, dövlət necə bu iş adamlarının arxasında durur. Bizdə axı bu birlik niyə yoxdur? Nədəni nədir? Niyə bizim əzəl düşmənimiz bir olub bizə qarşı ola bilir, biz amma yox?

Niyə bizim Rusiyadakı iş adamlarımız ermənilərə çörək verə bilir? Onlarda azərbaycanlı qanı axmırmı? Onlar bu vətənin oğulları deyillərmi? Heçmi öz vətənləri üçün nəsə etmək istəmirlər? Heç bir ideologiya yoxdur ki, onun ətrafında birləşsinlər? Bizim axı bitməyən, sağalmayan yaramız var: Qarabağ”.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 1022