hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Neft bahalaşıb, qeyri-neft ixracı artıb - RƏSMİ

Neft bahalaşıb, qeyri-neft ixracı artıb - RƏSMİ

2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.

Cebhe.info-ya bu haqda Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, cari əməliyyatlar balansında 627,7 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 15 milyon dollar profisit yaranıb, ehtiyat aktivləri 325,9 milyon dollar artıb. Bu dövrdə orta rüblük neft qiyməti 52,4 dollar/barel olub, qeyri-neft ixracı isə 11 faiz artıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 639