hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Neft bazarı üçün önəmli iclas: Vaxt uzadılır

Neft bazarı üçün önəmli iclas: Vaxt uzadılır

Neft İxrac edən Ölkələrin Birliyi (OPEC) dekabrın 5-də bir araya gələrək, hazırkı istehsal hədəfini azaltmaq əvəzinə vaxtı uzatmağı müzakirə edəcəklər. 

ABŞ-ın neft hasilatındakı artımının gələn il sürətlə yavaşlayacağı güman edilir. 

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, bu, OPEC daxilindəki mənbənin verdiyi məlumatda öz əksini tapıb. Mənbənin sözlərinə görə, OPEC illərdir ABŞ-da qaya neft sənayesinin yüksəlişini diqqətə almayıb və bu səhvindən peşman olmağa başlayıb. 

Lakin təşkilat indi ABŞ-ın neft inqilabı ilə bağlı başqa bir qumara yönəlib. Bu “qızıl əsr” geridə qaldı. İraqdan verilən açıqlamaya görə, OPEC və tərəfdaşları istehsalın daha da kəsilməsini müzakirə edəcək. Ancaq bu açıqlama koalisiyanın belə bir addımda istəksiz olduğuna işarə etdikdən sonra gəlib. OPEC bu məsələdə tək deyil. Sektor daxilində neft ticarətçiləri və üst idarəçilər ABŞ istehsalının cari illə müqayisədə 2020-ci ildə daha yavaş artacağını və 2018-ci ilə nisbətən əhəmiyyətli dərəcədə yavaşlamasını gözləyirlər. Kağız üzərində isə neft bazarı OPEC-in nəzarətindədir. 

Qeyd edək ki, 2019-cu ildə Brent markalı neft bir bareli əsasən 60 dollar ətrafında ticarət edilib. İlin əvvəlinə görə, bu, 14 faiz artım deməkdir. Ancaq aprelin sonunda 75.60 dollar səviyyəsi ilə bu ilin zirvəsindən xeyli aşağıdır. “Mercuria Energy Group Ltd” əmtəə broker agentliyinin Prezidenti Marko Dunand bildirib ki, Səudiyyə Ərəbistanı bazarın sabit qalmasında məqbul davranır: "Ancaq xəbərdarlıq mənasında söyləyəcəyi bəzi şeylər var. OPEC ABŞ istehsalını çox yaxından izləməli olacaq". 

Bununla yanaşı, Səudiyyə Ərəbistanı və tərəfdaşları, o cümlədən ABŞ və digər qeyri-OPEC istehsalçılarından gələn rəqabəti qiymətləndirməkdə ehtiyatlı olmalıdır. ABŞ-da sentyabr ayında gündəlik hasilat 17,5 milyard barel olmaqla ən yüksək səviyyəyə yüksəlib. Bu məbləğ bir il əvvəllə müqayisədə gündə 1,3 milyon bareldən çoxdur. Bu genişlənmə ehtimal ki, 2020-ci ilin əvvəlinə qədər davam edəcək. Digər tərəfdən, istehsal artımının yavaşlaması artım olmayacağı anlamına gəlmir. ABŞ-da qaya neft hasilatının artmasına səbəb olan müstəqil şirkətlər çətinliklərlə üzləşərkən, böyük xərclərin azaldılmasına gedəcəklərini açıqlayıb. “Big Oil”, “Permian” kimi açar neft yataqları indi daha çox fəaliyyət göstərir. “Exxon Mobile Corp.” və “Royal Dutch Shell Plc.” kimi böyük şirkətlər, ehtimal ki, xərclərini, Texas, Nyu-Meksiko və digər bölgələrdə isə məhsul istehsalını artıracaq. Dünyanın ən böyük müstəqil neft ticarəti ilə məşğul olan “Vitol” qrup ABŞ istehsalının 2019-cu ilin dekabrından 2020-ci ilin dekabrına qədər gündəlik 700.000 barel artacağını gözləyir. Qeyd olunur ki, ABŞ istehsalı 2018-ci ilin sonu ilə 2019-cu ilin sonu arasında gündəlik 1,1 milyon barel artmışdı. Hesab olunur ki, OPEC üçün ən böyük problem ABŞ deyil, başqa yerlərdəki istehsal artımıdır. Braziliya və Norveç də istehsal artırır və 2020-ci ildə daha da artacaq. Norveçin Şimal dənizində çox uzun müddət ərzində işlənmiş ən böyük neft yatağında “Yohan Sverdrup”da istehsal bu ilin əvvəlində başladı. Planlaşdırılandan bir neçə ay əvvəl istifadəyə verilən bu sahənin büdcəsi orijinaldan bir neçə milyard dollar az idi. Latın Amerikasında Venesuelaya bitişik kiçik bir ölkə olan Qayana ilk neft hasilatını həyata keçirməyə yaxındır. “Vitol” qrup OPEC üçün 2020-ci ilin ilk yarısının çətin olacağını proqnozlaşdırır. Şirkətin direktoru Russell Hardynin sözlərinə görə, ABŞ istehsalı bu rübdə artır: “Gələn ilin ilk rübündə Norveç, Braziliya və Qayana kimi qeyri-OPEC ölkələrində əlavə hasilat həcmi olacaq".

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1409