hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Neft bazarında iyul gözləntisi: “İkinci dalğaya inanlar azdır”

Neft bazarında iyul gözləntisi: “İkinci dalğaya inanlar azdır”

“COVID-19 neft bazarı üçün hazırda ən əsas faktordur. Ancaq o, hələ vəziyyəti tam dramatikləşdirməyə imkan vermir".

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın "Alpari" şirkətinin rəhbəri Aleksandr Razuvayev deyib.

Onun sözlərinə görə, hazırda COVID-19 neftə olan tələbatın bərpasına imkan vermir:

"Ancaq epidemiyanın ikinci dalğasına bazarda az adam inanır. "Qara qızıl” bazarında neft qiymətlərinə daha bir dəstəyi ABŞ-da neft hasilatının azalması göstərir. Üstəlik "OPEK+" iştirakçıları şərtlərə əməl edir. Hər halda iyun ayındakı vəziyyətin təhlili bunu göstərir".

O bildirib ki, Çinin böyük neft emalı müəssisələri neftin birgə alışı üçün qrup yaratmaq istəyir. Bu qrupa China Petroleum & Chemical (Sinopec), PetroChina, China National Offshore Oil Corporation və Sinochem Group daxil ola bilər. Onların hər biri gündə 5milyon barel neftlə işləyir. Bu da onları dünyanın ən böyük alıcısı edir. Bu alyas Çin şirkətlərinə öz aralarında qiymət müharibəsindən çəkindirəcək və qiymətin azalmasına şərait yaradacaq. Bu isə Rusiya üçün arzuolunmazdır".

Xəzər
Cebhe.info


Oxunma sayı: 2927