hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Neftçala sakini həmkəndlisini güllələdi

Neftçala sakini həmkəndlisini güllələdi

Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonunun Astanlı kəndi ərazisində baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 562