hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Neftçalada 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Neftçalada 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Neftçala rayonunda orta yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Rüstəm Yaqub oğlu Şükürov qohumunun həyətində işıq dirəyində iş görərkən ehtiyatsızlıq səbəbindən onu elektrik cərəyanı vurub. R.Şükürov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 540