hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Neft Fondu xaricdəki əmlakını satdı

Neft Fondu xaricdəki əmlakını satdı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Milan şəhərindəki daşınmaz əmlakını satıb.

Bu barədə Cebhe.info-ya Fonddan məlumat verilib.

Fond bildirir ki, ARDNF 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb. Palazzo Turati ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 milyon avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2 faiz gəlirlilik deməkdir.
 
Binanın satışı ilə əlaqədar açıqlama verən ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən daşınmaz əmlakın satışını uğurlu hesab etdiyini bildirib:

"Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır".

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1134