hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Neft hasilatının azaldılması başa çata bilər

Neft hasilatının azaldılması başa çata bilər

ABŞ-ın İran və Venesuela sanksiyalarını sərtləşdirməyi düşündüyü bir şəraitdə OPEC, neft hasilatının azaldılması müqaviləsini uzatmaya bilər. 1 Yanvarda başlayan müqavilənin təsiri ilə neftin qiyməti ilin əvvəlindən bu yana 32 faiz artımla 72 dollara yüksəlib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Venesuela və İranın neft hasilatının daha da aşağı düşməsi və qiymətlərin artmağa davam etməsi halında, İyul ayından etibarən neft hasilatını artırmağı qiymətləndirir.

"Marja" xəbər verir ki, "Reuters"ə məlumat verən OPEC mənbələri, hasilatın azaldılması tədbirinin daha da uzadılması halında təklifin hədsiz azalacağı ehtimalı olduğunu qeyd ediblər.

Venesuelanın xam neft hasilatı ABŞ sanksiyaları səbəbindən gündə 1 milyon bareldən aşağı düşüb. Bundan başqa, Vaşinqton Tehrana qarşı sanksiyalarını sərtləşdirsə, İranın neft ixracı May ayından sonra daha da pisləşə bilər.

OPEC, Rusiya daxil OPEC üzvü olmayn digər istehsalçı ölkələr ilə neft hasilatını 1 Yanvardan etibarən altı ay müddətində gündəlik 1.2 milyon barel azaltmaq qərarı vermişdir. OPEC müqavilənin uzadılıb-uzadılmamasına qərar vermək üçün İyunun 25-26-da toplantı keçirəcək.

OPEC-in hasilatın azaldılması tədbiri, xam neftin barrel qiymətinin ilin əvvəlindən bu yana 32 faiz artımla 72 dollara yüksəlməsini təmin edib.

Qiymətlərin yüksəlməsilə yanaşı ABŞ Prezidenti Donald Tramp istehsalın artırılmasını tələb edib. OPEC, istehsal azaldılması tədbirinin davam etməsi lazım olduğunu söyləyir, amma davranışını yumşaltdığı görünür.

Bir OPEC rəsmisi, "Təklifdə böyük bir azalma baş verməsilə neftin 85 dollara qalxmasını görmək istəmirik, bu səbəbdən istehsalı artırmaq məcburiyyətində qala bilərik" deyib.

Mənbənin verdiyi məlumata görə, bazarın gələcəyi qeyri-müəyyənliyini qoruyur. Qeyri-müəyyənliyin böyük hissəsi, OPEC-in İyun görüşündən əvvəl Vaşinqtonun İran və Venesuela sanksiyalarını nə qədər sərtləşdirəcəyinin məlum olmamasından qaynaqlanır.

Cebhe.info

 

 

 


Oxunma sayı: 620