hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Neft-qaz sektoruna investisiyalar 15 faizdən çox artıb – RƏSMİ

Neft-qaz sektoruna investisiyalar 15 faizdən çox artıb – RƏSMİ

Yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 391,2 milyon manat yönəldilib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2 faiz artıb.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 9 ayda neft-qaz sektorunda 15 milyard 754,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,4 faiz geriləyib.

Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda istehsal edilib. Sentyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 93,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 91,7 faiz olub.

Sentyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34 min nəfər çalışıb. Yanvar-avqust aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3443,8 manat təşkil edib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1354

Bizim Telegram səhifəmizi izləyin