hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Neft qiymətlərində benzin narahatlığı

Neft qiymətlərində benzin narahatlığı

Neft qiymətləri, ABŞ-da anbarlarda xam neft ehtiyatlarının azalmasına baxmayaraq artan benzin ehtiyatlarının yaratdığı narahatlıqla geriləyib.

Marja xəbər verir ki, neft qiymətləri, ABŞ-dakı rəsmi məlumatların benzin ehtiyatlarının artdığını göstərməsindən sonra 2018-ci ildən bu yana çatdığı yüksək səviyyədən düşüb.

Enerji İnformasiya İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, ABŞ-da benzin ehtiyatları 7 milyon barel artıb.

2015-ci il nüvə müqaviləsinin yenilənməsi üçün Avropa Birliyi liderliyində Viyanada görüşən tərəflər İranın neft ixrac etməsi üzərindəki sanksiyalar mövzusunda razılaşa bilməyiblər.

Analitiklər bildirirlər ki, artan benzin ehtiyatları avtomobil idarə edilməsi mövsümü olduğundan çox problem yaratmayacaq.

Bakı vaxtı ilə saat 10:45-də Brent nefti 0,5% ucuzlaşma ilə 71,86 dollardan ticarət olunub.

Cebhe.info


Oxunma sayı: 573