hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Neft tankerlərinə hücum edilib

Neft tankerlərinə hücum edilib

Oman körfəzində iki neft tankerinə hücum edilib. 

Cebhe.info xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

Xəbərə görə, iki tankerin ekipajı evakuasiya edilib, hazırda onların həyatı təhlükə qarşısında deyil.

Ərəb mətbuatının yazdığına görə, gəmilər hücuma məruz qalıb. Gəmilərdən birinin bortunda rusiyalıların olması ehtimal edilib. Hazırda həmin informasiya dəqiqləşdirilir.

“Reuters” agentliyinə daxil olan məlumata görə, tankerlər Panama bayrağı altında üzüb.

Hazırda hadisəni Böyük Britaniya və tərəfdaşları araşdırır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 452