hava haqqinda Bakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9181
  • NEFT - $ 66.75
  • clouds-weather

Neftçalada yığılan avtomobillər anbarlara yığılır

Neftçalada yığılan avtomobillər anbarlara yığılır

2019-cu ilin yanvar - fevral aylarında Azərbaycanda 176 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin Yanvar - Fevralında Azərbaycanda minik avtomobili istehsal edilməmişdi.

2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında isə 87 ədəd minik avtomobili istehsal edilib. 

01.03.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 189 ədəd təşkil edib. 01.02.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 190 ədəd təşkil etmişdi.

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

Ötən ildən qalma hazır məhsul ehtiyatı və bu ilin 2 ayı ərzindəki istehsal daxil cəmi 369 avtomobilin 180-ni satılıb, 189-u anbarlardadır.

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.

Cebhe.info


Oxunma sayı: 279