hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Neftçi" "Qalatasaray"a qarşı

"Neftçi" "Qalatasaray"a qarşı

“Neftçi” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İlk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxacaq.

Qeyd edək k, “Neftçi” – “Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək "Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Hakimlər
: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Cebhe.info


Oxunma sayı: 892