"Neftçi"nin daha bir futbolçusu koronavirusa yoluxub

"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Məlumata görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.
22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçı buraxıb.
Almaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilmir.
"Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb. (Report)
Cebhe.info
Oxunma sayı: 1926
Bizim Telegram səhifəmizi izləyin