hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Neftdən asılı manat: Qiyməti necə dəyişəcək?

Neftdən asılı manat: Qiyməti necə dəyişəcək?

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4%-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Foreks bazarlarında dolların qiymətləri may ayının minimum səviyyələrində ticarət olunur və cari səviyyələrdən dəstək görərək, 0.3% bahalaşa bilər.

Dünya birjalarında dolların bahalaşması manata təsir edə bilərmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında deyib ki, xarici ölkə valyutalarının dünya birjalarında dəyişməsi, Azərbaycan manatına hər hansı bir xarici təsirlər göstərmək iqtidarında deyil:

“Azərbaycan manatı birbaşa neftdən asılıdır. Manatın dəyərinin azalması və yaxud da yüksəlməsi prosesi neftin qiymətləri ilə bağlıdır. Dünya birjalarında neftin qiymətlərində ucuzlaşma tendensiyası müşahidə olunmaqdadır. Bu ölkəmizin neftdən gələn gəlirlərinin müəyyən mənada dəyişməsinə, azalmasına səbəb olub. Bu baxımdan Amerika dollarının dünyada bahalaşması tamam başqa amillərlə bağlıdır. Proses milli valyutamızın dəyərinə hər hansı bir şəkildə təsir etmir. 

Dünya bazarında fundamental olaraq kəskin bahalaşma müşahidə edilməsə də, bütün hallarda bu prosesin manata təsirləri o qədər güclü olmayacaq. Bilirsiz ki, ölkəmizdə baş verən ard-arda iki devalvasiya zamanı da dünya bazarında dolların bahalaşması tendensiyası təxminən 50-70 civarında idi və neftin ucuzlaşması baş vermişdi. Ona görə də devalvasiya qaçılmaz idi. Hazırda belə bir proses gözlənilmir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 760