hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Neftlə bağlı QORXULU PROQNOZ: “Ağ Evi qəzəbləndirəcək”

Neftlə bağlı QORXULU PROQNOZ: “Ağ Evi qəzəbləndirəcək”

“Donald Tramp hakimiyyətdən kənarlaşdırılmasının qarşısını ala bilməz, neft yenidən 90 dollara qalxacaq, dollar, əksinə, 20 faiz zəifləyəcək və Avropanın həqiqi dağılması Böyük Britaniya ilə deyil, təvazökar Macarıstanla başlayacaq. Bunlar 2020-ci il üçün şokedici proqnozlarıdır”- "Saxo Bank"-ın 2020-ci ilə dair  hesabatında belə deyilir. 

2020-ci ildə ABŞ-ın şist neft istehsalı bu sənayedə sərmayə qoyuluşunun az olması səbəbindən azalacaq. 

OPEK ölkələri və Rusiya vəziyyətdən yararlanmaq və ənənəvi neft istehsalını yeni güclü azaltmaq imkanını əldən verməyəcək. Eyni zamanda bu "Aramco IPO" üçün növbəti mərhələdə uğurlu olacaq. Nəticədə, "Brent" bir barel üçün 90 dollara qayıdacaq. 

“ABŞ Prezidenti Donald Trump qəzəbli olacaq. Çünki bahalı neft iqtisadiyyatın böyüməsinə mane olur. Rusiya rəsmiləri, əksinə, sevinəcəklər - büdcəyə neft dolları axacaq. Macarıstanda gündəliyindəki qaydalarda kəskin dəyişiklik gözlənilir. Ola bilərmi ki, kiçik bir Avropa ölkəsindəki vəziyyəti kimisə narahat etsin? Ancaq burada inanılmaz hadisə baş verə bilər”, - deyə "Saxo Bank"-ın baş iqtisadçısı Stin Yakobsen bildirib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 914