hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nensi Pelosi Rusiyanı ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb

Nensi Pelosi Rusiyanı ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb

"Rusiya hakimiyyəti yenə ABŞ-ın prezıdent seçkilərinə müdaxilə etməyə cəhd gösrərir".

Cebhe.info xəbər verir ki, bu sözləri ABŞ Konqres nümayəndələri Palatasının spikeri Nensi Pelosi səsləndirib.

Nensi Pelosi ABŞ-da noyabrda keçiriləcək səsverməyə Moskvanın müdaxilə etməsi faktının kəşfiyyat tərəfindən üzə çıxarıldığını vurgulayıb.

O, hökuməti ölkənin təhlükəsizliyini və seçki sisteminin qorunmasına çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp prezident seçkilərinin vaxtının dəyişilməsini "Twitter"də yazaraq təklif etmişdi və pandemiya səbəbindən onlayn səsverməni fırıldaq olacağını vurgulamışdı. Sonra isə bu ideyasından imtina etmişdi.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1123