hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nərimanov sakinləri məmurlardan şikayətçidirlər: "İşə nə icra baxır, nə də polis" - VİDEO

Nərimanov sakinləri məmurlardan şikayətçidirlər: "İşə nə icra baxır, nə də polis" - VİDEO

Bakı şəhər Nərimanov rayonunun sakinləri İcra Hakimiyyəti və əraziyə nəzarət edən polis bölməsindən şikayət edirlər.

Cebhe.info xəbər verir ki, sakinlərin məlumatına görə, bu ilin fevral ayından etibarən ərazidəki evlər sökülür və sakinlərin bir qismindən evlərindən köçmələri tələb edilib.

Sakinlərin müəyyən hissəsi yaşayış yerlərindən köçsə də, neçə ildir yaşadığı evi tərk etmək istəməyənlər də var. Lakin onların şikayətlərinə məhələ qoyulmadan ərazidə söküntü işləri başlayıb.

Həmin ərazidə yaşayan şəhər sakini bildirib ki, şikayətlərə nə icra, nə də polis baxır:

"Bu gördüyünüz yer Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4-dür. 22 ildir ki, gözümü açdığım ev bu məhlədədir. Buradan kənarda yaşamamışam heç vaxt. Bu ilin fevral ayından məhlədəki insanları köçürürlər. Qalanlara isə bildiyiniz zülm edirlər. Cəmi 3 ailə, 2 obyekt qalıb. İnsanları razı salmırlar ki, çıxıb getsinlər. Nə də işlərini insanları köçürdükdən sonra etmirlər. Gördüyünüz videonu 24 sentyabr 23:45-də çəkmişəm. Məhlədə yaşlı, uşaq, qoca, xəstə hər cür insan var. İşə nə icra baxır, nə polis".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 10880

Bizim Telegram səhifəmizi izləyin