hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Nərimanovda sakinlər aksiya keçirdi - Səbəb

Nərimanovda sakinlər aksiya keçirdi - Səbəb

Bu gün "İnteks" MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar.

Cebhe.info Sputnik.az-a istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 2017-ci ildə onların yaşadıqları bina sökülüb və həmin ərazi adıçəkilən şirkət tərəfindən alınıb: "Bizə dedilər ki, həmin ərazidə yeni bina tikiləcək. Amma hələ ki, burada bir bina tikilməyib. Binamız söküləndə bizə dedilər ki, yaxın zamanlarda evlə təmin olunacağıq. Lakin bu günədək biz mənzillə təmin olunmamışıq. Heç bizim kirayə pulumuz da vaxtında ödənilmir".

Sökülən binalar 2 və 4 mərtəbəli köhnə tikililər olub.

Qeyd edək ki, aksiyada yüzədək sakin iştirak edib.

Cebhe.info


Oxunma sayı: 6029