t Nəsillərə örnək həyat yolu
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Nəsillərə örnək həyat yolu

Nəsillərə örnək həyat yolu

Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və keşməkeşli oldu. 

Erməni işğalçıları torpaqlarımız işğal etdi. Minlərlə vətən oğlu ərazi bütövlüyümüz uğrunda ərazi bütövlüyüz uğrunda savaşa atıldı. Onların bir qismi qazi, bir qismi şəhid oldu. Vətən yolunda canını verən igidlərdən biri də lerikli qəhrəman Elmas Ruhullayevdir. E.Ruhullayev 1973-cü ildə Lerik rayonunda igidlər, ərənlər yurdu kimi tanınan Cəngəmiran kəndində anadan olub. 

O, gənc yaşlarından mənəvi zənginliyi, vətənpərvərliyi ilə yaddaşlarda qalmışdı. El-obada yaşıdlarına nümunə göstərilir. O, gözəl daxil hisslərə malik nəcib arzularla xalqına, vətənə fayda verməyi həyat kredosuna çevirir. Bir müddət Elmas sovet ordusu sıralarında xidmət edir. Burada da mərdliyi, dəyanəti ilə seçilir. Erməni quldurlarının Azərbaycanla müharibəsi, torpaqların zəbt etməsi xəbərinə dözə bilmir, tezliklə vətəninə dönür. Və könüllü olaraq vətəni öz canında əziz tutan qəhrəman oğullar sırasına qoşulur.

Elmas heç bir xüsusi göstəriş almadan könüllü olaraq cəbhəyə gedir. Ağdam rayonunda düşmənə qarşı vuruşur. Vətən sevgisi, ağıllı, bacarıqlı, qətiyyətli hərəkətləri ağır müharibələrdə həmişə ona uğur gətirir. Dəfələrlə qaynar nöqtələrdə olur, dığaların layiqli cəzasını verir. Əsgərlərin, zabitlərin yanında düşmən qarşı bu əyilməzliyi, qorxmazlığı onun nüfuzunu artırır, hamı onda olan vətən sevgisinə qibtə edir. Elmas 6 yanvar 1994-cu ildə Ağdamın Güllücə kəndində yenidən qarı düşmənlə üz-üzə gəlir. Bu qanlı hadisədə də son damla qanınadək kişi qeyrəti ilə döyüşür. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir şücaət göstərir. Özü də ölümcül yaralanır, onu ölümün pəncəsindən xilas etmək olmur. 

Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək Elmaz isə unudulmayacaq. Onun igidliyi hər gələn yeni nəsil üçün Vətən sevgisinə tapınan qəhrəmanlıq məktəbi olacaq. 

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cebhe.info


Oxunma sayı: 1805