hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Nəsimi-650: İsveçdə tədbir keçiriləcək

Nəsimi-650: İsveçdə tədbir keçiriləcək

İsveçdə fəaliyyət göstərən “Tumurcuq” Azərbaycan Dram Teatrı böyuk Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirə hazırlaşır. 

Bu barədə məlumatı Cebhe.info-ya diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk verib. Məlumata görə, bununla bağlı  Stokholm şəhərində Azərbaycan Dram Teatrının üzvlərinin toplantısı keçirilib. 

"Tumurcuq" Dram Teatrının bədii rəhbəri və rejissoru Sevinc Nəzərlinin dəvəti ilə Azərbaycan Milli Dram Teatrının rejissoru Əlif Cahangiroğlu və İsveçdə fəaliyyət göstərən bir sıra dərnək sədrləri və üzvləri də tədbirdə  qonaq kimi iştirak ediblər. 

Tədbirdə çıxış edən İsveçdəki Azərbaycanlılar Konqresinin sədri Emil Mirzəyev “Tumurcuq” Dram Teatrına dəstək olacağına söz verib və müştərək layihələr gerçəkləşdirməyin məqsədyönlü olduğunu vurğulayıb. İsveç-Türk Dram Teatrının bədii rəhbəri və rejissoru Burcu Ada Soysop toplantıda çıxış edərək böyük şairimiz haqqında fikirlərini bildirib: "Hürufi şair İmaməddin Nəsimi Azərbaycan xalqının ortaq Türk mədəniyyətinə ərmağan etdiyi qüdrətli söz ustadlarındandır. Türk şairi Nəsimi xatırlamaq bizim görəvimizdir”.

Aydın
Cebhe.info


Oxunma sayı: 584