hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Nəsimi irsinə layiq olmayan almanax - Mehriban Sadıqova yazır

Nəsimi irsinə layiq olmayan almanax - Mehriban Sadıqova yazır

2019-cu ilin “Nəsimi ili” elan olunması bəzi "ədəbiyyat korifeyləri”nin "parlaması"na zəmin yaradıb.

Bir neçə gün əvvəl böyük şairin 650 illik yubileyi ilə əlaqədar tərtib olunmuş "Cahana sığmazam" adlı almanaxla tanış oldum. Almanaxın məsləhətçisi Fikrət Qoca yazılmışdı. Düşündüm ki, məzmunlu və maraqlı şeirlərlə qarşılaşacağ. Böyük həvəslə kitabı vərəqləməyə başladım. Sözün düzü ruhumun dincliyinə ehtiyacım var idi və şeirlərin mənə rahatlıq gətirəcəyini fikirləşirdim. Lakin, heyhat. Kitabı vərəqlədikcə nəinki ruhum dinclik tapdı, tam əksinə. Bu qədər bəsitliyə həvəsləndiyim üçün də çox peşman oldum. Elə bildim elə Nəsiminin dərisini gözümün önündə soyurlar və mən də əlimdən heç bir şey gəlmir. Sakitcə dayanıb göz yaşı axıdıram. Beləcə 260 səhifəlik kitabı vərəqləməyə başladım. Şeir adına cəmi bir neçə səhifə var idi.

İlk səhifələrdə İmadəddin Nəsimi, Rəsul Rza, Əli Kərim, Fikrət Qocadan şeirlər verilib.

Kitabın tərtibatçıları Balayar Sadiq və Tahirə Məğrurdur. Tərtibçilər kitabın əvvəlində almanaxın poeziyasevərlər tərəfindən "Nəsimi ilinə" ədəbi töhfə kimi qarşılanacağını qeyd ediblər. Bu "ədəbi töhfə”nin məzmunsuz və mənasız söz yığınağından başqa bir şey olmadığını diqqətli oxucu o dəqiqə anlayır. Ali məktəbdə oxuduğumuz illəri xatırladım. Ədəbiyyatşünaslığın ədəbi tənqid adlanan bölümündə klassiklərin əsərlərinin belə müzakirəsi keçirilir, tənqidi baxımdan təhlilləri verilirdi.

Çox maraqlıdır bəs indi ədəbi tənqid hara baxırə Tənqidçilər haradadırə Bu cür “ədəbiyyat nümunələri” necə ortaya çıxırə Tarixə bu “ədəbiyyat”lamı düşmək istəyirikə

Kitabda elə “şeir nümunələri” ilə qarşılaşdım ki, orada nəinki ədəbiyyatın hətta, dilçiliyin qanunları belə pozulmuşdu.

Məsələn:

-Mən bu yerdə itiyimi tapardım,
Nə ağırmış qəribliyi bu kəndin.
Müəllif. F.Məmmədova.

Bu beyt heç bir bədii ölçüyə uyğun gəlmir. Leksikonumuza yeni gətirilmiş "itiyimi" sözünü də elektron lüğətlərdə nə qədər axtardımsa tapa bilmədim.

Yeri gəlmişkən, mən ixtisasca dilçiyəm.
Və ya həmin müəllifin
Maskaları yırtılacaq o günün,
Təki zaman tərsitməsin yaxında,
beytini götürək. "Tərsitməsin" sözü nə deməkdir, bunu da başa düşə bilmədim.

Kitabda başqa bir müəllifin "Dərisiz qalmadı" adlı yazısı verilib. Məntiqsiz bir ad seçimidir. Fikrimcə, hər hansı mətnə seçilən ad onun mənasını ehtiva etməlidir. Elə bu başlıq hər şeyi ehtiva edir, məncə.

Yazdıqca ilhamı onu öpürdü ,
Uğur diləyirdi ərz əllərinə,
Elə bil Naxçıvan duzu səpirdi ,
El ruhu oxşayan qəzəllərinə .
Müəllif Əbülfəz Ülvi.
Bu bəndin də mənası anlaşılmır.
Deyirsən: son vaxtlar şeirimdə sən,
Özünü görməmən olub qəm yükün,
beytində görməmən - feli sifətin inkarını yaradaraq yazını qəribə kökə salır.
Daha bir nümunə:
Çox sevirəm dənizi,
Yazıb - yaratmağım sənə bağlıdır
Mavi ləpələri ağ qağayıdır.
Çox sevirəm dənizi
Uşaq kimi oynadır bizi ,
Sakit buraxır hərdənbir
Coşub - çaxır dənizi
Çox sevirəm dənizi
O da şair kimidir ...
Müəllif Müzəffər Əlincəli.

Bu, şeir adına yamaqdır. Bu yazını çox uzada bilərəm. Amma nə hacətə Demək olar ki, yazılanların əksəriyyəti bu səpkidədir.

Nə hörmət qanansan, nə qılıq,
Öndədir orta yaş, ahıllıq
İçində pas atıb paxıllıq,
Nə tez - tez üzə çıx, nə gizlən,
Gec deyil təmizlən, təmizlən .
Müəllif Oqtay Rza.

Bu cür “şeir” nümunələrini “ədəbiyyat” adına sırıyanlar oxucuların zövqünü necə korladıqlarını unutmasınlar.

Mehriban Sadıqova
Cebhe.info


Oxunma sayı: 5633