hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Netanyahu mandatı geri qaytardı: İsraildə hökumət böhranı

Netanyahu mandatı geri qaytardı: İsraildə hökumət böhranı

İsrailin Baş naziri, “Likud” Partiyasının sədri Binyamin Netanyahunun yeni hökuməti formalaşdırması üçün ona Prezident Reuven Rivlin tərəfindən verilən 28 günlük müddət 5 mayda bitib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir, artıq Netanyahu dövlət başçısına hökumət qura bilməyəcəyi barədə məlumatlandırıb və mandatı prezidentə qaytarıb.

Tərəflərlə danışıqlarını başa vuran Rivlin qaydaya uyğun olaraq koalisiya qurmağı ən yaxın namizədə tapşıracaq. Heç bir namizəd 61 millət vəkilinin dəstəyinə malik olmadığı üçün Rivlinin bu vəzifəni kimə verəcəyi maraq doğurur.

Belə hallarda ən azı millət vəkillərinin dəstəyini alan liderə prezidentin istəyi ilə koalisiya hökuməti qurmaq həvalə edilə bilər.

23 martda keçirilən seçkilərdə koalisiya hökumətini qurmağa ən yaxın namizədi təyin etmək üçün parlamentdə təmsil olunan 13 partiyanın səlahiyyətliləri ilə görüş olub. Heç bir partiya koalisiya üçün lazım olan 61 millət vəkili ilə təmsil olunmur.

Əbülfət Baxşəli

Cəbhə.info


Oxunma sayı: 397