hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Netanyahu Qəzzada hərbi əməliyyatların anonsunu verdi

Netanyahu Qəzzada hərbi əməliyyatların anonsunu verdi

İsrail Qəzza zolağında hərbi əməliyyat keçirə bilər.

RİA Novosti xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Soçi səfərindən öncə jurnalistlərə açıqlamasında bildirib.

O, belə bir əməliyyatın hansı tarixdə reallaşacağını açıqlamayıb.

Baş nazirin Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrail hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü dənizin şimalında təmin etməsi ilə bağlı açıqlaması Fələstin-İsrail münasibətlərində vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək. Liderlər bölgədəki problemləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər. Netanyahunun Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də görüşü planlaşdırılır.

Cebhe.info


Oxunma sayı: 716