hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Nigeriyada silahlı hücum - 20 ölü var

Nigeriyada silahlı hücum - 20 ölü var

Nigeriyanın şimal-şərqində Borno əyalətində Ramazan bayramını qeyd edən bir qrup şəxsə hücum edilib.

Cebhe.info xəbər verir ki, bu barədə jurnalistlərə həmin əyalətin polis rəisi Damian Çukvu bildirib.

Hadisə nəticəsində 20 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis rəisinin sözlərinə görə, hadisəni altı nəfər törədib.

Terrorla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Lakin polis "Boko Haram" qrupunu ittiham edir.

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 529