hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nigeriyada silahlılar şəhərə hücum etdi - 15 nəfər öldü

Nigeriyada silahlılar şəhərə hücum etdi - 15 nəfər öldü

"Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatının Maqumeri şəhərinə hücüm edərək azı 15 nəfəri öldürüb.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın deputatı Osman Zann bildirib.

Onun sözlərinə görə, silahlılarla atışmada təhlükəsizlik xidmətinin və könüllülərin 8 döyüşçüsü, habelə 7 dinc sakin həlak olub.

Silahlılar Maqumeriyə 11 avtomobildə soxulublar. Şahidlər bildirib ki, terrorçular iri kalibrli pulemyotlardan istifadə ediblər.

Cebhe.info


Oxunma sayı: 1046