hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nikola Sarkozi cinayətkar qruplaşma yaratmaqda ittiham edilir

Nikola Sarkozi cinayətkar qruplaşma yaratmaqda ittiham edilir

Fransanın eks-prezidenti Nikola Sarkozi cinayətkar qruplaşma yaratmaqda ittiham edilir

Unikal.org xəbər verir ki, Fransanın Maliyyə Cinayətləri üzrə Prokurorluğu ölkənin 23-cü Prezidenti Nikola Sarkozini cinayətkar qrup yaratmaqda günahlandırdıb.

BFM TV bu barədə idarədən verilən açıqlamaya istinadən xəbər yayır.

Sabiq prezident 2007-ci ildə seçki kampaniyasının Müəmmər Qəddafi rejimi tərəfindən maliyyələşdirilməsində ittiham edilir.

Qeyd edilir ki, Fransa tarixində keçmiş prezidentə qarşı ilk dəfə belə bir ittiham irəli sürülür.

Bu, Sarkoziyə qarşı irəli sürülən dördüncü ittihamdır. 2018-ci ildə o, passiv korrupsiya, qanunsuz şəkildə seçki kampaniyasını maliyyələşdirmə və Liviyada dövlət vəsaitini gizlətməkdə günahlandırılıb.

Sarkozi dəfələrlə bu iddiaları rədd edib. Cinayət qrupu yaratmaqda günahlandırıldığı barədə xəbərlər çıxdıqdan sonra o, “Facebook”da günahsız olduğunu yazıb.

Cebhe.info


Oxunma sayı: 4104

Bizim Telegram səhifəmizi izləyin