hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Niyə məhz Çin peyvəndi? - “Çünki daha ucuzdur, üstəlik…” - HƏKİM

Niyə məhz Çin peyvəndi? - “Çünki daha ucuzdur, üstəlik…” - HƏKİM

Tezliklə ölkəmizdə COVID-19 virusu əleyhinə vaksinasiya prosesi başlayacaq.

Hazırda müxtəlif ölkələrin hazırladığı vaksinlər satışdadır. TƏBİB-in açıqlamasına görə, ölkəmizə Çinin istehsal etdiyi vaksinlər gətiriləcək.

Azərbaycan niyə Çin istehsalı olan vaksinlərə üstünlük verib? Onlar daha keyfiyyətli, ya daha etibarlıdır?

Bu barədə Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, səbəblərdən biri həmin vaksinlərin daha ucuz olmasıdır:

“Bütün vaksinlər üçün xüsusi saxlanma şəraiti tələb olunur. Çindən gətirilən vaksinlərin etibarlılıq dərəcəsi 50-60 faizdir. Yəni ola bilər ki, bu vaksinlər ümumiyyətlə, insanda immunitet yaratmasın. Hətta eşitdiyimə görə, vaksin vurulduqdan sonra kimdəsə problem yaşansa, həmin şəxslərə kompensasiya verilməsi nəzərdə tutulur. Bu isə ciddi problemlərin ola biləcəyindən xəbər verir”.

Həkim bildirib ki, digər məsələ qonşu Gürcüstanın Almaniyadan vaksin gətirməsidir:

“Ancaq biz Çinə üz tuturuq. Burada səbəblərdən biri vaksinlərin qiymətinin daha ucuz olmasıdır. Üstəlik də kompensasiya məsələsi də insanlarda narahatlıq yarada bilər. Çin isə adı üstündə, Çindir. Onun dərman hazırlama texnologiyası Amerika və yaxud Avropa qədər yaxşı deyil”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1123

Bizim Telegram səhifəmizi izləyin