t "Niyə onları əzirik?" - Röyadan etiraz
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

"Niyə onları əzirik?" - Röyadan etiraz

"Niyə onları əzirik?" - Röyadan etiraz

Xalq artisti Röya Ayxan “Zümrüdlə şən bazar” verilişində qonaq olub.

O, gündəmdə olan bayağı müğənnilərin tənqid edilməsini düzgün saymadığını bildirib:

“Çox gözəl sənətkarlar sənətimiz barədə elə sözlər deyir ki, adam utanır. İki nəfər səsi olmayanı ortalığa qoyub, bu sözləri hamıya şamil etmək olmaz. 

Trendlər normaldır, bu il filankəsdi, gələn il başqasıdır. Bunlar olmalıdır də. Tək Röyayla, muğamla səhnəni saxlamaq olmaz. Sənətkarlar trenddə olanlardan danışanda qulaq asmaq istəmirəm. Onlar bu gün var, sabah olmayacaq. Niyə xatirlərində pis qalaq? Adam mahnı yazdırıb, xərc çəkib, efirə çıxır. Niyə onları əzirik? Gələn il onların yerinə təzəsi gələcək”. (Yenisabah.az)

Cebhe.info


Oxunma sayı: 683