hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Növbəti dəyişiklik "TikTok"dan gəldi - İstifadəçi şərtləri yenilənir

Növbəti dəyişiklik "TikTok"dan gəldi - İstifadəçi şərtləri yenilənir

Məşhur sosial media tətbiqi TikTok gənc istifadəçilərin hesablarını daha xüsusi hala gətirəcək.

Cebhe.info xəbər verir ki, sözügedən qaydalar 18 yaşınadək olan istifadəçilərə şamil ediləcək. Yeni tənzimləmə ilə 13-15 yaş arasındakı TikTok istifadəçilərinin hesabları gizli qalacaq.

Bu o deməkdir ki, xüsusi profillər hər kəs üçün əlçatan olmayacaq. Həmçinin bu yaş qrupundakı istifadəçilər şərh parametrlərini "Hər kəs" üçün aça bilməyəcəklər. Onlar "Dostlar" və ya "Heç kim" arasında seçim etməli olacaq. Bundan əlavə, "Hesabınızı başqalarına tövsiyə edin" ayarı da deaktiv qalacaq. Həmçinin istifadəçilər yalnız 16 yaşdan yuxarı insanlar tərəfindən yaradılan videoları yükləyə biləcəklər.

Cebhe.info


Oxunma sayı: 518

Bizim Telegram səhifəmizi izləyin