hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Novruzun ilk çərşənbəsini necə qeyd edək? - Üstünüzə su çiləyin, yaralara su vurun - İNANCLAR

Novruzun ilk çərşənbəsini necə qeyd edək? - Üstünüzə su çiləyin, yaralara su vurun - İNANCLAR

Bu gün Novruz çərşənbələrindən birincisi olan su çərşənbəsi qeyd olunur.

Azərbaycan xalqının su ilə bağlı əfsanəsində deyilir ki, hər yer qaranlıq içində olanda Tanrı dünyanı sudan yaradıb. Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xan suya yalvarır, “Qara başım qurban olsun, suyum, sana!”, “Su Tanrını görüb”-deyir... Bəlkə də su çərşənbəsinin “Əzəl çərşənbə” adlanması da bu inancla bağlıdır. Dünyanın sudan yaranması ilə bir çox xalqların əfsanəsi vardır.

Cebhe.info xəbər verir ki, su çərşənbəsi Boz ayda keçirilən 4 həqiqi çərşənbədən ilkidir. Xalq arasında “birinci çərşənbə”, “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar. Su çərşənbəsi ilə əlaqədar çox sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanə və rəvayətlər var.

İnanca görə, su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.

Su çərşənbəniz mübarək!

Cebhe.info


Oxunma sayı: 1145