hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Nu, poqodi"nin yeni versiyası tənqid edildi

"Nu, poqodi"nin yeni versiyası tənqid edildi

Hamının sevərək izlədiyi "Bir dayan" ("Nu, poqodi")" cizgi filminin yeni versiyası işlənib hazırlanıb və bu ilin sonlarında tamaşaçıların ixtiyarına veriləcək. Lakin yeni versiyanın müəlliflərinin işi klassik variantın müəlliflərinin xoşuna gəlməyib.

Cebhe. info xəbər verir ki, bu barədə müəlliflər "Podyom" nəşrinə müsahibəsində danışıblar.

Müəlliflərin iradı o olub ki, yeni versiyanı işləyənlər onlarla məsləhətləşməyib.

"Bizə elə gəlir ki , çox eybəcər bir cizgi filmi alınıb. Onlar öz personajlarını yaratmalı idilər. Belə olmaz",-deyə cizgi filminin əsl müəllifləri qeyd edib.

Qeyd edək ki, yeni müəlliflər canavarın görünüşündə dəyişiklik ediblər ki, bu da narazılıqla qarşılanıb.

Sevinc Tapdıqqızı
Cebhe. info


Oxunma sayı: 980