hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nur-Sultanda Suriya görüşünün 14-cü raundu keçirilir

Nur-Sultanda Suriya görüşünün 14-cü raundu keçirilir

Suriya ilə bağlı Astana formatı üzrə danışıqların 14-cü raunduna start verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

O, görüşdə iştirak üçün Nur-Sultana bütün nümayəndə heyətlərinin gəldiyini bildirib.

A.Smadiyarov yaxın zamanlarda ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin başladılacağını söyləyib. O, iclasda İran, Rusiya, Türkiyə, Suriya, İordaniya, Livan və İraqın, eyni zamanda Suriya müxalifətinin iştirak edəcəyini bildirib.

Cebhe.info


Oxunma sayı: 1145