hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Nurduz sərhəd-buraxılış məntəqəsi bağlansın-Güney Azərbaycandan TƏLƏB

Nurduz sərhəd-buraxılış məntəqəsi bağlansın-Güney Azərbaycandan TƏLƏB

İran və Rusiyanın İran ərazisindən istifadə etməklə, Ermənistana silah- sursat göndərməsi hələ də davam edir.

Buna etiraz olaraq, güney azərbaycanlı bir qrup milli-mədəni fəal Güney Azərbaycan xalqını dinc aksiyalar keçirməyə çağırıb. Bu barədə Cebhe.info-ya GAMOH-dan məlumat verilib.

Məlumata görə, Bununla bağlı fəalların yaydığı çağırışda bildirilir ki, İran və Rusiya Ermənistanı silahlandırır. İran və Rusiyanın Nurduz sərhəd- buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Quzey Azərbaycan xalqının qətliam edilməsində və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur.

Ermənistan Nurduzdan ötürülən silah- sursatlarla hər gün tarixi Gəncə şəhəri də daxil olmaqla, Quzey Azərbaycanın yaşayış məntəqələrini bombalayır.

Buna etiraz olaraq, Güney Azərbaycanın türk xalqı Quzey Azərbaycanda olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün yekşənbə (bazar günü), mehr ayının 27-sı saat 17:00- da təyin edilmiş məkanlarda keçiriləcək sakit və dinc yürüşlərə dəvət edilir.

Aydın
Cebhe.info


Oxunma sayı: 1530

Bizim Telegram səhifəmizi izləyin