hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Nursultan Nazarbayev də Köçəryana təbrik göndərdi

Nursultan Nazarbayev də Köçəryana təbrik göndərdi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Ermənistanın eks-prezidenti Robert Köçəryana məktub göndərib.

Ermənistanın “2rd.am” saytının məlumatına görə, Nazarbayev məktubunda Köçəryanı Qazaxıstanda baş verən daxili dəyişikliklərlə bağlı şəxsən məlumatlandırıb. Nazarbayev Köçəryanla birgə fəaliyyət illərini çox yaxşı xatırladığını qeyd edib. O bundan sonra da Köçəryanla şəxsi əlaqələrinin davamlı olacağını bildirib.

Virtualaz.org-un məlumatına görə, erməni ekspertlərinin fikrincə, Qazaxıstan liderinin ölkəsində baş verənlərlə bağlı Ermənistanda real hakimiyyət sahibini deyil, həbsdəki sabiq prezidenti məlumatlandırması baş nazir Paşinyana qarşı birbaşa təhqirdir və onun bir siyasətçi kimi avtoritetinin olmadığını sübut edir.

Yeri gəlmişkən, bu, hazırda həbsdə olan Köçəryana göndərilən ilk belə məktub deyil. Bundan öncə Rusiya prezidenti Vladimir Putin də Köçəryana məktub göndərərək, onun doğum gününü təbrik etmişdi.

Cebhe.info


Oxunma sayı: 518