hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb

Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində keçirilən etiraz aksiyası zamanı 200-dən artıq etirazçı polislər tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı Nyu-York polisinin rəhbəri Dermot Şi deyib.

Onun sözlərinə görə, etiraz aksiyasında təxminən 3 min nəfər iştirak edib. D.Şi bildirib ki, şəhərin Bruklin rayonunda etirazçılar polis əməkdaşlarına Molotov kokteylləri atıblar.

"CNN" telekanalının məlumatına əsasən, etirazçılarla toqquşmalar zamanı azı 10 polis əməkdaşı xəsarət alıb, təxminən 40 polis maşınına zərər dəyib.

Qeyd edək ki, etiraz aksiyaları ABŞ-ın müxtəlif yerlərində Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.

Cebhe.info


Oxunma sayı: 1662