hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Obamanın "Twitter” hesabını ələ keçirən şəxslər saxlanıldı

Obamanın "Twitter” hesabını ələ keçirən şəxslər saxlanıldı

Amerikalı siyasətçilər, böyük texnologiya firmaları və məşhur şəxslərin "Twitter” hesablarını ələ keçirərək 100 min dollarlıq Bitkoin əldə edən hakkerlər saxlanılıb.

Cebhe.info xəbər verir ki, saxlanılanlar 19 yaşlı Böyük Britaniya sakini Meyson Şeppar, 22 yaşlı Florida sakini Nimu Fazel və 17 yaşlı Qraham İvin Klarkdır.

17 yaşlı İvam Klark 30 ittihamla axtarılıb. O, 18 yaşdan kiçik olmasına rəğmən etdiyi cinayətlərə görə qanun çərçivəsində cəzalandırılacaq.

Xatırladaq ki, iyulun 15-i ABŞ-ın sabiq prezidenti Barak Obamanın, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın, “Microsoft”un yaradıcısı Bill Qeytsin, Amazon şirkətinin rəhbəri Ceff Bezosun, "Berkshire Hathaway" fondunun rəhbəri Uorren Baffetin kimi şəxslərin hesabları ələ keçirilib və onlar adından paylaşımlar edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 804