hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ölən kişini pulunu çıxarmaq üçün banka apardı

Ölən kişini pulunu çıxarmaq üçün banka apardı

Braziliyada bir qadın 12 saat əvvəl vəfat edən yaşlı kişini əlil arabasında banka aparıb ki, pensiyasını ala bilsin.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, polis hesabatına əsaslanan xəbərə görə, Sao Paulo əyalətinin Campinas şəhərində bir qadın oktyabr ayının əvvəlində bank kartının şifrəsini bilmədiyindən 12 saat əvvəl ölən 92 yaşlı bir kişini əlil arabasında banka apararaq pensiyasını almağa çalışıb.

Naməlum qadın məmurları çağırıb, onu özünün əri kimi göstərib və yaşlı kişini banka aparmazdan əvvəl bank kartının şifrəsini yeniləmək istəyib.

Bank rəsmiləri kart sahibinin şifrəni yenidən yaratmaq üçün gəlməsi lazım olduğunu söylədikdə, qadın təxminən 12 saat əvvəl ölmüş kişini əlil arabasında banka aparıb.

Əlil arabasındakı kişinin hərəkətsizliyi bank işçilərinin diqqətini çəkib və qadın "Özünü yaxşı hiss etmir" deyib. İşçilər vəziyyəti həkim briqadalarına bildirib və kişinin xeyliəvvəl öldüyü məlum olub.

Sao Paulo Polis İdarəsinin rəhbəri Jose Henrique Ventura, yarılma nəticəsində yaşlı kişinin banka aparılmasından təxminən 12 saat əvvəl öldüyünü təsdiqlədiyini söyləyib.

Qadının mərhum kişi ilə uzunmüddətli əlaqəsi olduğu və bank hesablarını yoxladığını iddia etsə də, hesablarında əməliyyat aparmaq üçün lazımi rəsmi sənədlərin olmadığı bildirilib.

Cebhe.info


Oxunma sayı: 1255

Bizim Telegram səhifəmizi izləyin