hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Olimpiya mükafatçımız məğlub oldu

Olimpiya mükafatçımız məğlub oldu

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb. Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvondçu ən azı bürünc medalı özü üçün təmin edib.

Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.

49 kq çəki dərəcəsindəki Patimat Abakarova isə 1/4 finalda rumıniyalı Liana Musteataya uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü, Abakarova isə italiyalı Martina Korellinini mübarizədən kənarlaşdırıb.

Cebhe.info


Oxunma sayı: 650