hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Ölkə başçısından növbəti humanist addım - RAKURS

Ölkə başçısından növbəti humanist addım - RAKURS

Hamımıza məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 iyul 2021-ci il tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdimetmə mərasimində çıxış edib.

Bütün sahələrdə olduğu kimi bu sahədə də daim dövlət qayğısı hiss olunmaqdadır.

Cənab Prezidentin də çıxışına nəzər salsaq aşağıdakı faktlarla bunun bariz nümunəsini görmək olar.

Belə ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə verildi. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var.

Son illər bu sahədə çox böyük işlər görülmüşüdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunmuşdur və bu proses uğurla davam etməkdədir.

2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3000-dək şəhid ailəsi, müharibə əlili evlərlə mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur. Ümumilikdə bu rəqəm 7200 avtomobili əhatə edir.

Bu faktlara əsaslanaraq tam əminliklə demək olar ki, Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli və ən vicdanlı siyasətdir. Azərbaycanda bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq müharibədə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Ancaq orada müharibədə həlak olanların ailəsinin birinə də bir mənzil və ya avtomobil verilmir.

Bütün bunlar Azərbaycan xalqının maraqlarına cavab verən dövlət siyasətinin nəticəsidir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub.

Ölkəmizdə icra olunan genişmiqyaslı özünəməşğulluq proqramından 16 min insan yararlanacaq və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünəməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri var. Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 müharibə iştirakçısına sosial ödənişlər verilib.

Cənab Prezident həmçinin onu da vurğulayıb ki, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Bu şanlı qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq.

Artıq quruculuq və postmünaqişə dövrü başlayıb. Biz hamımız bu şərəfli dövrü yaşamaqla bərabər daim dövlətçiliyimizi dəstəkləyir və tarixi Qələbəmizlə qürur duyuruq. Bir Azərbaycan vətəndaşı olaraq, 44 günlük Vətən savaşında olduğu kimi, indiki mərhələdə də hər birimizi, o cümlədən dünyada yaşayan bütün azərbaycanlıları hərtərəfli şəkildə Prezidentimizin ətrafında sıx birləşməyə çağırıram.

Özüm də Vətənini, millətini, dövlətini sevən bir vətəndaş kimi bu yolda şərəflə xidmət etməyə hər zaman hazır olduğumu bəyan edirəm.

“Demokratik İnkişafın Təşviqi “ İ B sədri,
Çingiz Dadaşov
Cebhe.info


Oxunma sayı: 5556