hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ölkələrə Çindən naməlum bağlamalar göndərilir- HƏYƏCAN

Ölkələrə Çindən naməlum bağlamalar göndərilir- HƏYƏCAN

Dünyanın 4 ölkəsinin yüzlərlə sakininə içində naməlum toxum olan bağlama göndərilib.

Cebhe. info xəbər verir ki, ABŞ, Yeni Zellandiya, Kanada və Böyük Britaniya vətəndaşlarına bağlamalar Çindən göndərilib.

Sakinlərin ünvanına gətirilən bağlamada ağ və qara toxumlar olub. Ancaq bağlamanın üzərində içəridəkinin oyuncaq və ya bəzək əşyası olduğu yazılıb. Güman olunur ki, bağlamanı göndərən şəxslər beləliklə diqqəti yayındırmaq istəyiblər. Bağlamaların üzərində onu alacaq şəxslərin adı və dəqiq ünvanı yazılıb.

Təkcə Florida ştatında belə bağlama 600-dən artıq sakinə göndərilib. Daha 12 ştatdan da bənzər xəbərlər gəlib. Britaniyada da yüzlərlə sakin bağlama alıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara müraciətlə toxumları dərhal məhv etməyi məsləhət görüb. Texas sakini isə bildirib ki, toxumu artıq əkib, ancaq o cücərməyib. Çin tərəfi poşt göndərişlərinin saxta olduğunu və araşdırılacağını bildirib.
Xəzər
Cebhe. info


Oxunma sayı: 2652