hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ölkəmizdə kredit faizləri niyə yüksəkdir? - Ekspert 3 səbəb göstərir

Ölkəmizdə kredit faizləri niyə yüksəkdir? - Ekspert 3 səbəb göstərir

Azərbaycan banklarında kredit faizlərinin yüksək olması hər zaman müzakirə predmenti və narazılıq obyekti olub.

Kredit faizlərinin yüksək olması sahibkarlar və fiziki şəxslər üçün bank kreditlərini əlçatmaz edir ki, bu da nəticədə istehsalın azalmasına, kənd təsərrüfatı sahəsinin inkişaf arealının daralmasına səbəb olur.

Xüsusən, dövlətin prioritet elan etdiyi kiçik və orta sahibkarlığın inkişafı, hardasa, mümkünsüz hala gəlir. Çünki həmin sahibkarların kredit almaq imkanları olmur.

Qeyd edək ki, dünya ölkələrində əmanət faizləri az olduğu üçün bankların verdiyi kreditlərin də faizləri təxminən 7 faizi keçmir.

Maraqlıdır, Azərbaycanda bankların kredit faizləri nəyə görə azalmır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlmasında deyib ki, Azərbaycanda bankların kredit faizlərinin yüksək olması 3 səbəblə əlaqədardır:

“Birincisi, bank əmanətləri üzrə faizlər yüksəkdir. Çünki bu gün qorunan əmanətlər üzrə ödənilən məbləğ 12 faizlə hesablanır. Xarici ölkələrdə əmanətlərə görə isə banklar 1-2 faiz ödəyir. Ona görə də xarici dövlətlətlərin bankları faizləri də aşağı faizlə verir. Bizdə banklar əmanətlərə görə 12 faiz ödədiyi üçün kreditləri də yüksək faizlə verir. Ona görə də ilk növbədə əmanətlər üzrə olan faizlər azaldılmalıdır. İkincisi, bankların hamısı Mərkəzi Bankdan ucuz kredit ala bilmir. Yəni Mərkəzi Bankın uçot dərəcəsi ilə 6.25 faizdir. Bankların Mərkəzi Bankdan necə kredit ala bilməsinin vahid qaydası yoxdur. Üçüncüsü, məhkəmə və hüquq sistemindəki problemlərin mövcudluğudur.

Yəni bankların kredit riski yüksəkdir. Çünki problemli kreditlərin həcmi artdıqca, bankların da riskləri büyüyür. Bütün bunlara görə, banklar yüksək faizlə kredit verirlər. Dünya ölkələrində banklar 1-2 fazilə əmanət qəbul etdikləri üçün 5-7 faizlə kredit verirlər. Ona görə də bizim banklarda bəzi acgözlük faktorları istisna edilərsə, kredit fazilərinin yüksək olmasının əsas səbəbləri sadaladığımız üç faktordur”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1222