hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

"Ölkənin xoşbəxt gələcəyi təhsillə bağlıdır"-Deputat

"Ölkənin xoşbəxt gələcəyi təhsillə bağlıdır"-Deputat

"Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla 4 saatlıq görüşüm, keçirdiyim zaman çox faydalı oldu. Deputat həmkarım Müşfiq Məmmədli ilə bərabər idik. Məktəbdə gördüyüm təhsil infrastrukturu ürəyimi açdı, tələbələrlə etdiyim söhbət, onların bilik səviyyəsi və dünyagörüşü məndə gələcəyə inam yaratdı. Nə yaxşı ki, belə bir ali təhsil müəssisəsi var".

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, bütün dərslər ən yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda keçirilir:

"Bu məktəbə daxil olmaq üçün tələbə gərək 650-dən çox bal toplasın. Bunun üçün də burada oxumayan, rəqabət aparmayan tələbə yoxdur.

Ən xoşuma gələn cəhətlərdən biri də Elmar müəllimin tələbələrlə dost olması oldu. Tam yeni bir təhsil formatı, tam yeni bir təhsil yanaşması. Çox sevindim. Sevindim ki, burada təhsil alan hər bir tələbə potensial olaraq dünyaya çıxa biləcək səviyyəyə qalxır".

Razi Nurullayev əlavə edib ki, ölkənin xoşbəxt gələcəyi təhsilə bağlıdır:

"Bu gün bu təhsil ocağında gördüyüm məni qürurlandırdı. Elmar müəllimə dəvətə, göstərdiyi qonaqpərvərliyə və təhsil müəssisəsi ilə tanış etdiyinə görə dərin təşəkkürümü bildirirəm".
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 793