hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Cebhe.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4600 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 947

Bizim Telegram səhifəmizi izləyin